-
- 28-01-2019, 18:45
- 1 736
Azərbaycanlı rejissor Türkiyəyə köçdü
Tanınmış azərbaycanlı rejissor Elvin Abdulla vətəni tərk edib.
News24.az xəbər verir ki, Azərbaycanın ilk qorxu filmi “Xənnas”ı çəkən rejissor Türkiyəyə köçüb.
O, bunun səbəbini belə açıqlayıb:
“Həm “İstanbul Film Akademiyası”nda 2 illik təhsilə başlamışam həm də sektoru dəyişmək vaxtı idi.
Ölkəmizdə bir neçə kinoteatr var onlar da bir-biri ilə yola getmir. 5-6 nəfər bu işlə məşğul olan var, onlar da özlərini elə aparırlar ki, elə bil “Oskar”ı devirib, “Kann”ın anasını ağladıblar.
Atmosfer məni sıxdı. Dəstək yoxdur. Mədəniyyət Nazirliyi eyni adamlarla işləyir. Biz də çıxdıq gəldik daha ədalətli rəqabət olan sektora.
Çox kiçik kino bazarımız var. Bu bazarda isə yalnız komediya çəkib, ancaq güldürməklə məşğul olan 1-2 nəfər pul qazana bilib.
Mən rejissorluğu komediya çəkmək üçün seçməmişdim. Hələ bu azmış kimi kinoteatrlar arasında lazımsız dava-dalaş da var. Bu soyuqluğun nəticəsində biz kino istehsalçıları ölkə üzrə 15 kinoteatrdan yalnız 6-7-nə çıxa bilirik.
Bilet dövriyyəsindən yığılan pulun 60 faizi başqalarına, 40 faizi isə istehsalçıya gedir. Misal üçün 150 min manata film çəkirsən, 300 min manat kassa gəlirin olursa sənə cəmi 100 min manatı çatır. Sözügedən 100 min də tam olsa dərd yarı. Pul əlinə gəlməmiş 18 faiz vergi tutulur və sənə 82 min manat qalır.
Yəni, heç bir nəzarət yoxdur. Mən də əşyalarımı, pal-paltarımı götürüb, gəldim magistratura oxumağa. Bəlkə geri qayıdana qədər nə isə düzəldi. Bəlkə də heç qayıtmadım”.
Teymur MƏMMƏDOV