Şahruk Xanın oğlu kinodebütünü edəcək
    • 8-04-2019, 12:14
    • 2 486

Şahruk Xanın oğlu kinodebütünü edəcək

Bollivudun superulduzu Şahruk Xanın böyük oğlu Aryan Xan kinoda ilk debütünü edəcək.

News24.az
xəbər verir ki, hər kəs 21 yaşlı Aryanın atasının yolunu davam etdirəcəyini düşünərkən o, aktyor kimi yox, rejissor assistenti kimi kino aləminə ilk addımını atacaq. 

Aryan rejissor Karan Coharın çəkəcəyi "Takht" adlı filmində ona yardım edəcək. 

Qeyd edək ki, Bollivud ulduzunun varisi hazırda rejissor-senarist peşəsi üzrə təhsil alır. Aryan məhz atasının tövsiyəsi ilə kino çəkilişi meydançasına assistent kimi qədəm qoyacaq.