Kim Çen İn xəbərdarlıq etdi: “Misligörünməmiş güclü cavab verəcəyik”
    • 17-02-2023, 12:45
    • 224

Kim Çen İn xəbərdarlıq etdi: “Misligörünməmiş güclü cavab verəcəyik”

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə misligörünməmiş güclü cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.

News24.az  APA-ya istinadən xəbər verir ki, Pxenyan hərbi təlimləri özünə qarşı müharibə hazırlığı və işğalın məşqi kimi qiymətləndirib.
“ABŞ və Seul hərbi təlimlərdə irəli getsələr, onlar misligörünməmiş əsaslı və güclü əks-reaksiya ilə üzləşəcəklər”, – Şimali Koreyanın bəyanatında deyilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan birgə hərbi təlimlərdə Pxenyanın nüvə hücumu zamanı ABŞ-ın nüvə vasitələri ilə birgə planlama, birgə idarə və birgə cavab tədbirlərinə fokuslanılacaq.