-
- 17-02-2023, 13:54
- 461
Azərbaycanda şok hadisə - Qadın ərini döyüb sümüklərini sındırdı
Gədəbəydə keçmiş ərini odunla döyərək ona ağır xəsarətlər yetirən 35 yaşlı qadın məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Miskinli kəndində bir neçə il əvvəl boşandığı əri Səday Məlikovu çoxsaylı zərbələrlə vuraraq ölümcül hala salan 1987-ci il təvəllüdlü Lətafət Zamanova (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Hadisə Lətafətin atasının evi ilə üzbəüz çörəkbişirmə yerinin qarşısında baş verib. 2 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Lətafət kürədə çörək bişirən zaman keçmiş əri ora gələrək anasının himayəsində olan qızını aparmaq istəyib. O, həmçinin Lətafətə bir ailə kimi yaşamaq istədiyini deyib. Lakin Lətafət keçmiş ərinə ona illərlə zülüm verdiyini deyərək imtina edib. Bundan sonra tərəflər arasında dava düşüb. Qadın əlinə keçən odunla Sədaya zərbələr endirərək ona başın çapılmış yarası, burunun, sağ əlin, sol saidin sıyrıqları, sol bazunun, sol saidin, sol budun, sol baldırın qançırları, sağ və sol baldırın əzilmiş-çapılmış yaraları, sağ qamış sümüyünün yuxarı üçdə birinin, sol incik sümüyünün yuxarı, orta və aşağı üçdə birinin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır xəsarətlər yetirib. Ölümcül hala düşən kişi oradan xəstəxanaya aparılıb.
Məhkəmədə ifadə verən Səday Məlikov keçmiş arvadını bağışladığını və ondan şikayətçi olmadığını deyib.
Lətafət isə ifadəsində Sədayın onu bu cinayətə məcbur etdiyini deyib: “Sədayla 2004-cü ildə rəsmi qaydada evlənmişəm. Onunla aramda tez-tez narazılıq yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışıq. Mən hazırda Gədəbəy rayonu, Miskinli kəndində atam, anam və qızımla birgə yaşayıram. Sədayla boşanmağımıza səbəb onun mütəmadi olaraq spirtli içkilər qəbul etməsi və məni döyməsi olub.
2010-cu ildə boşanandan iki il sonra yaxın qohumlarımın təkidi ilə Sədayla yenidən evləndim. Buna baxmayaraq, yenə də Sədayla aralamızda dava-dalaş olurdu. Nəhayət 2020-ci ilin aprel ayında Sədaydan ayrılıb atamın evinə getdim, yenidən məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə qızım mənim, oğlum atasının himayəsinə verildi. 2020-ci ildə Sədayla boşandıqdan sonra dəfələrlə atamın evinə gəlib məni döyüb. İkinci dəfə boşandıqdan sonra da Səday tez-tez məni narahat edib, öldürməklə və üzümə kislota tökməklə hədələyib”.
Hadisə baş verən gün isə S.Məlikovun əlində bıçaq və benzinlə yaşadığı evin qarşısındakı kürəyə gəldiyini görən Lətafət ona müqavimət göstərib: “Əvvəlcə qızım onun qarşısını kəsdi, məni bıçaqlamamasını xahiş edib yalvardı, sonra odunla onu vurdum”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 fevral tarixli hökmü ilə Lətafətə 1 il sınaq müddəti verilməklə şərti cəza təyin edilib və o, azadlıqda qalıb.
Taleh BAĞIROV