Bakıda iki qardaşıın qanlı davası: almacıq sümüyünü sındırdı – TƏFƏRRÜAT
    • 26-01-2023, 14:16
    • 291

Bakıda iki qardaşıın qanlı davası: almacıq sümüyünü sındırdı – TƏFƏRRÜAT

Bakıda qardaşını döyərək ağır xəsarətlər yetirmiş şəxs məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Anar Cabbarov barəsindəki Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə açılan işə Xəzər rayon Məhkəməsində baxılıb.

Məlum olub ki, Anar hadisə baş verən gün Binəqədi rayonundan SOCAR-da işləyən qardaşı Azər Cabbarovun Xəzər rayonu Şağan qəsəbəsindəki evinə qonaq gedib. Bu zaman iki qardaş arasında mübahisə yaranıb.

Belə ki, Anar atasının evinin kiçik qardaşının adına keçirilməsinə etiraz edib. Bildirib ki, evə görə ona 7 min dollar verməlidir. Azər isə buna razılaşmayıb. Anar əsəbiləşərək atasının və qardaşının ünvanına təhqirlər səsləndirib və dava düşüb. Nəticədə Anar qardaşına başı ilə zərbə endirərək onun sifət nahiyəsinə sol gözaltı nahiyyənin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası, sol almacıq sümüyünün sınığı ilə nəticələnən qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

Məhkəmədə Azər qardaşını bağışlamadığını deyib və ondan şikayətçi olub.

Təqsirləndirilən şəxs hadisə vaxtı Azərin də ona xəsarətlər yetirdiyini, başından yaralandığını və Neyrocərrahiyə Xəstəxanasında tibbi yardım aldığını deyib.

Xəzər Rayon Məhkəməsinin 12.01.2023-cü il tarixli hökmü ilə Anar Cabbarova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron təqib cihazı yerləşdirilib.

Taleh BAĞIROV