-
- 18-02-2023, 18:32
- 281
Məhkəmə zinanı cəzalandırmağı bu prinsipə zidd saydı - Türkiyəli hakim
Türkiyə hüquq dövlətidir. Tabe olduğu hüquq sistemi Avropa hüquq sistemidir. Dini dəyərlərin hər ölkənin qanunlarında özünü hansısa formada büruzə verməsi gerçəklikdir. Ancaq qanunları tamamilə dini dəyərlər əsasında tənzimləyən ölkələrin sayı azdır.
News24.az xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusunda beynəlxalq konfransda İstanbul Şəhər Kommersiya Məhkəməsinin hakimi İzzet Durak deyib.
O, Türkiyənin qanunvericiliyində dini dəyərlərin özünü necə əks etdirməsi, o cümlədən zinanın cinayət sayılıb-sayılmaması ilə bağlı məsələdən danışarkən deyib ki, Türkiyə Konstitusiya Məhkəməsi zina etməyi cinayət qanunvericiliyi ilə cəzalandırmağı tərəflərin hüquq bərabərliyi prinsipinə zidd sayıb. /Teleqram/