-
- 18-02-2023, 23:37
- 313
Bu tarixdə Zəngilana daha 20 ailə köçürüləcək
Fevral ayının axırı, mart ayının ilk həftələrində Zəngilan rayonunun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Onun sözlərinə görə, 2022-ci il ərzində Zəngilan rayonu Ağalı kəndinə 66 ailə, 326 nəfər artıq köçüb və onlar orada yaşayır, işləyirlər.
"2023-cü ildə də növbəti köç gözlənilir. İki mərhələdən ibarət olan köç artıq bu ayın axırı, mart ayın ilk həftələrində həyata keçiriləcək”, - Vahid Hacıyev qeyd edib.
O əlavə edib ki, evlərin tikintisi artıq başa çatıb və onlar öz sakinlərini gözləyirlər:
"Ağalı kəndində bütün infrastruktur və xidmət strukturları, sahələri artıq fəaliyyət göstərir və buranın sakinləri bu sahələrdə çalışır”.