Məşhur aktyor zəlzələdə anasını itirdi - FOTO
    • 20-02-2023, 10:20
    • 152

Məşhur aktyor zəlzələdə anasını itirdi - FOTO

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində aktyor Çağrı Çıtanakın da ailəsində ağır itki yaşanıb.

News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, onun anası Nevber Yurdal Çıtanak Hatayda həyatını itirib.

“Antakyada tək anamı deyil, 18 yaşıma qədər atdığım hər addımımı itirdim. Varlığımın yarısını itirdim. Həyatda qalanlarla uzun, sağlam, hüzurlu yollarımız olsun”, - aktyor sosial media hesabında yazıb.   

Qeyd edək ki, Ç. Çıtanak aktrisa Başak Gümülcinelioğlu ilə evlidir.

Qumral Əliyeva