Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir
    • 20-02-2023, 10:40
    • 261

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

Ermənistanın Azat kəndindəki hərbi hissədəki yanğın nəticəsində həlak hərbçilərin valideynləri hökumət binası qarşısında etiraz aksiyası keçirir.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Valideynlərin tələbləri hələ ki, məlum deyil.

Qeyd edək ki, yanvarın 19-da Azat kəndinəki hərbi hissədə yanğın baş verib.

Hadisə nəticəsində 15 hərbçi həlak olub.