Zəlzələdən sonra həyət evlərinə tələbat artıb? - Ekspert açıqladı
    • 20-02-2023, 12:01
    • 296

Zəlzələdən sonra həyət evlərinə tələbat artıb? - Ekspert açıqladı

Qardaş ölkədə “əsrin fəlakəti” olaraq adlandırılan dəhşətli zəlzələnin ölkəmizdəki əmlak bazarına təsiri haqqında cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. İnsanların çoxu həyət evlərinin tam təhlükəsiz, bina evlərinin isə daha təhlükəli olduğu düşüncəsinə qapılıblar. Bunun üçün də son günlər “həyət evlərinə tələbat artıb”, “ bina evləri ucuzlaşıb” kimi fikirlərə tez-tez rast gəlirik.

Bəs səsləndirilən fikirlərin reallıq payı nə qədərdir? Ekspertlər vətəndaşlarla razıdırmıı?

Mövzu ilə bağlı “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov News24.az-a düşüncələrini bölüşüb.

Ekspert bildirib ki, həyət evlərinə axın müşahidə olunmur:

“Hazırda əmlak bazarına axın azalıb. Potensial müştərilər gözləmə mövqeyindədir. Hadisələrin gedişatını, nəticəni gözləyirlər. Bu proses 2-3 ay davam edə bilər. Bina evlərinin behini geri qaytarma, bina evlərinin qiymətinin aşağı enməsi kimi müşahidələr yoxdur. Bazarda alıcıların sayı dəyişməyib, gözləmə mövqeyində olanların sayı azalıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ölkəmizdə əmlak bazarında heç bir dəyişikliyə gətirib çıxarmayıb. Tələbin artması və ya qiymətlərin bahalaşması ilə bağlı yayılan fikirlər vətəndaşlar arasında irəli sürülən şayiələrdir”.

Humay İsgəndərova