-
- 20-02-2023, 12:49
- 223
“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
News24.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
Qərara əsasən, Əbülfəz Məlikov ev dustaqlığına buraxılıb.
Məhkəmədən APA-ya məlumatı təsdiq ediblər.
Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, məlumatı ilk olaraq Unikal.az saytı yayıb.