-
- 20-02-2023, 16:20
- 298
“Artıq Qarabağda köhnə oyunlara son qoyuldu, Rusiya və Qərb...” – Şərh
“Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda ötən ildən başlayan vətəndaş cəmiyyətinin başlatdığı etiraz aksiyası artıq öz nəticəsini verməyə başlayıb. Nəzarət mövzusu öz məntiqi nəticəsini tapdı. Artıq Ermənistan da bu reallığı qəbul etməyə məcbur olub. Sərhəddə Nəzarət Keçid Məntəqəsi yaradılacaq. Azərbaycanın orada tam şəkildə nəzarəti həyata keçiriləcək. Bu, ən vacib nəticədir. Bu nəticə ona gətirib çıxaracaq ki, artıq Qarabağ bölgəsində qalan erməni radikalları və Vardanyanın güvəndiyi seperatçılar başa düşəcəklər ki, heç bir şansları yoxdur. Onlar gec və ya tez Qarabağı tərk edəcəklər”.
Bu fikirləri News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O, daha sonra fikirlərinə belə davam edib: “Azərbaycan sübut elədi ki, öz ərazisində vətəndaşları üçün kommunikasiyaları yaratmağa hazırdır. Artıq bu işi icra edir. Paşinyan bunu qəbul etmək məcburiyyətindədir.
Ancaq hər bir halda biz başa düşməliyik ki, konfransın əsas məqsədi Qərb və Rusiya arasında qarşıdurmadır. Artıq təsir bölgələri dəyişir. Əvvəllər rəsmi olmasa da, Qərb Cənubi Qafqazda Rusiyanın dominantlığını qəbul edirdi. İndi isə belə deyil. Bu istiqamətdə siyasi proseslər gedir. Rusiya çalışır ki, bu və ya digər şəkildə öz mövqelərini saxlasın.
Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan ərazisində münaqişə bitdi. Bura heç kəsin təsir dairəsi olmayacaq. Regiondan kənarda olan qüvvələr burada artıq öz köhnə oyunlarını oynaya bilməzlər”.