Polietilen torbaların 3-5 qəpiyə satılmasının büdcəyə aidiyyəti yoxdur - Natiq Cəfərli
    • 20-02-2023, 16:29
    • 159

Polietilen torbaların 3-5 qəpiyə satılmasının büdcəyə aidiyyəti yoxdur - Natiq Cəfərli

Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının büdcə ilə heç bir əlaqəsi yoxdur.

Bunu News24.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.

Ekspert bildirib ki, polietilen torbaları kommersiya müəssisələri satır və onlar bundan ancaq vergi verə bilər:

“Bunun birbaşa büdcəyə aidiyyəti yoxdur, iqtisadiyyata heç nə qatmıyacaq Sadəcə, Azərbaycan da dünyada gedən trendlərə ayaq uydurmağa çalışır. Dünyada bu cür yanaşma çoxdan var. Həmişə olduğu kimi bu dəfə də Azərbaycanda əvvəldə görülməli olan işi axırda görürlər. Bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər. Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək. Bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq və problem olmağa başlayıb. Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə ondan imtina edirlər, halbuki, bu, tamamilə yanlışdır”.

Humay İsgəndərova