“Aydan arı, sudan duruyam, evimdə oturmuşam”
    • 21-02-2023, 10:17
    • 255

“Aydan arı, sudan duruyam, evimdə oturmuşam”

“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

News24.az xəbər verir ki, bunu Gununsesi.info-ya Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Məlumat üçün bildirək ki Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O qeyd edib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır. Qeyd edək ki, bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə geTmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Fevralın 20-də keçirilən məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.
Nurlana Əliyeva bu iddiaları təkzib edib: “Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.

Dünənki məhkəmənin iş materiallarında o da göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib. Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib. Məhkəmədə o da məlum olub ki, Dürdanə Əliyeva isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.