Ağcabədidə mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi aşkarlanıb
    • 21-02-2023, 10:51
    • 264

Ağcabədidə mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Ağcabədi rayonu, Aşağı Avşar kənd sakini, fiziki şəxs Hüseynov Fuad Tahir oğluna məxsus evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı sandıq tipli soyuducuda mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi hissələri, digər sahələrdə isə heyvan sümüklərinin olduğu müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə AQTA-dan xəbər verilib.

Bildirilib ki, mənşəyi məlum olmayan ətə keçirilən orqanoleptik baxış zamanı ətin rənginin dəyişkənliyi, qoxusu, eyni zamanda sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan həyətyanı sahədə kəsildiyi müəyyən edilib. İnsan istehlakı üçün yararsız olduğu müəyyən olunan ət saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.