Binəqədidə fəhlə 8-ci mərtəbədən yıxıldı
    • 21-02-2023, 15:13
    • 210

Binəqədidə fəhlə 8-ci mərtəbədən yıxıldı

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

News24.az  Binəqədi Rayon Prokurorluğuna istinadən xəbər verir ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı O.Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb.
İbtidai istintaq davam etdirilir.