Reyqan, Kennedi və Vaşinqtonun saçları kosmosa göndəriləcək
    • 22-02-2023, 09:24
    • 197

Reyqan, Kennedi və Vaşinqtonun saçları kosmosa göndəriləcək

ABŞ-ın keçmiş prezidentləri Ronald Reyqan, Con Kennedi, Duayt Eyzenhauer və Corc Vaşinqtonun saçları ilin sonunda kosmosa göndəriləcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Texasda yerləşənkosmik dəfnlərlə məşğul olan "Celestis" şirkəti məlumat yayıb.

Biomaterial kosmosa "United Launch Alliance"-ın "Vulcan" raketinin göyərtəsində çatdırılacaq.

Bildirilib ki, şirkət anonim şəxsdən hədiyyə olaraq saç nümunələri alıb. Onların orijinallıq sertifikatı var.

Qeyd edək ki, kosmik dəfn müştəriyə təxminən 12,5 min dollara başa gəlir.

Teymur MƏMMƏDOV