Açıq kosmosa çıxan ilk insan VƏFAT ETDİ - FOTO
    • 11-10-2019, 15:49
    • 910

Açıq kosmosa çıxan ilk insan VƏFAT ETDİ - FOTO

Tarixdə kosmosa çıxan ilk astronavt Aleksey Leonov 86 yaşında həyatını itirib.

News24.az xəbər verir ki, bu barıədə "İnterfaks"-a yaxın mənbələr məlumat verib.

Qeyd edək ki, A.Leonov on birinci Sovet astronavtı və kosmosa çıxan ilk insan olub. O, son illərdə ağır xəstəliklə mübarizə aparıb.

Aleksey Leonov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

A.Leonov 1965-ci ilin martında kosmosa çıxan ilk insan, 1975-ci ilin iyul ayında "Sovet Soyuz-19" və Amerika Apollonunun ilk dəfə ortaq kosmik uçuşlarında gəmilərin yerləşməsi və astronavtların qonşu gəmilərə keçməsində iştirak edib.