-
- 23-01-2023, 10:38
- 386
Almaniya Polşanın Ukraynaya “Leopard” tanklarını verməyinə “yaşıl işıq” yandırdı
Almaniyanın xarici işlər naziri Annalena Berbok Polşanın Ukraynaya Leopard tankları təhvil verəcəyi təqdirdə bunun qarşısını almayacaqlarını bildirib.
News24.az xəbər verir ki, o, bu fikri Fransanın LCI televiziyasının müxbirinin sualını cavablandırarkən qeyd edib.
Xarici işlər naziri Berbokun bu açıqlaması alman mətbuatı tərəfindən “Ukraynaya veriləcək Leopard tanklarına yaşıl işığın yandırılması” kimi şərh edilib.
Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri də Almaniyanı Ukraynaya Leopard tankları göndərməyə çağırıblar.
Məlumat üçün bildirək ki, Almaniya istehsalı olan Leopard tankları Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, İspaniya, Çexiya, Türkiyə və Macarıstan kimi Aİ və NATO ölkələrində mövcuddur.
Dünyada müxtəlif orduların xidmətində təxminən 2670 Leopard 2 tankı var. Təxminən 64 ton ağırlığında olan Leopard tankları saatda 70 kilometr sürətə çata bilir və 120 millimetrlik hamar lüləli silahı ilə 5 min metrə qədər hədəfləri vura bilir.