-
- 22-02-2023, 12:02
- 217
Azərbaycanda daha bir zəlzələ oldu
Lerikdə zəlzələ baş verib.
Bu barədə News24.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub.
Bundan əvvəl isə bu gün İmişlidə zəlzələ olub.