“Şahdağ” Milli Parkında yanğın başlayıb
    • 22-02-2023, 17:41
    • 188

“Şahdağ” Milli Parkında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17.33

İsmayıllıda meşə ərazisində yanğın hadisəsi qeydə alınıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, yanğın İsmayıllı rayon Xənəyi kənd ərazisindəki meşədə qeydə alınıb.

Hazırda İsmayıllı yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar.