Dumanlı hava ilə bağlı sürücülərə - XƏBƏRDARLIQ

Dumanlı hava ilə bağlı sürücülərə - XƏBƏRDARLIQ Sosial
Fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.