-
- 18-02-2023, 10:30
- 240
“Son illərdə beynəlxalq hüquq sistemində ciddi problemlər yaranıb” - Taliya Xabriyeva
"Biz elə bir dövrdə yaşayırıq ki, onlayn ünsiyyət həyatımızın bir hissəsi olub. Amma bugünkü tədbir onu göstərir ki, heç bir müasir informasiya texnologiyaları üzbəüz rabitəni əvəz edə bilməz. Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimova bu konfransı təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. O, hər bir konfrans iştirakçısına diqqət göstərdi. Burada həm elmi, həm də məişət ünsiyyətinin önəmini gördük. Bu da bizə günümüzdə həddən artıq çox lazımdır. Qara dəniz və Xəzər dənizi Regionunda mövcud olan ölkələr demək olar ki, bütün Avrasiyanı birləşdirirlər. Regional əməkdaşlığın əsas amilləri tarix, ya da sivilizasiyadır. Ölkələr əsrlərlə eyni məkanda yaşadıqca, civilizasiyaları, mədəniyyətləri, ümumi mentalitetləri, reallığı qavramağın ümumi əsasları formalaşır. Hazırda ictimai münasibətlərdə böyük dəyişikliklər baş verir".
News24.az-ın məlumatına görə, bunu “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusunda keçirilən konfransda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva deyib.
O, daha sonra sözlərinə belə davam edib: "Hazırda dünya nizamı dəyişməkdədir. Onu yadda saxlamaq lazımdır ki, ən effektiv, ən mümkün problemləri həll etmək imkanları elmi dialoq imkanıdır.
Ötən il çox vacib hadisə baş verdi. İlk dəfə Rusiya Elmlər Akademiyasının tərkibinə Azərbaycan hüquq elminin nümayəndəsi professor İlham Rəhimov seçildi. Keçən ilin sonuna yaxın digər vacib bir hadisə baş verdi. İlham Rəhimov ilk xarici şəxsdir ki, Rusiya Federasiyası Elmlər Akademiyasının akademiki seçilib. Təbrik edirəm və uğurlar arzulayıram".
Qeyd edək ki, Taliya Yarullovna Xabriyeva tədbirin əvvəlində akademiyanın xüsusi mükafatını professor İlham Rəhimova təqdim edib.
Məhərrəm Əliyev