Malatyada 4,7 bal gücündə zəlzələ olub
    • 25-02-2023, 01:38
    • 357

Malatyada 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya şəhərində 4,7 bal gücündə zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Pütürge rayonunda baş verib.

Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.