Ötən gün 21,3 kiloqramdan artıq narkotik aşkar olunub
    • 25-02-2023, 10:01
    • 224

Ötən gün 21,3 kiloqramdan artıq narkotik aşkar olunub

Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə News24.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.