Bakıda "moykada" maşından 10 min manat oğurlandı
    • 25-02-2023, 12:03
    • 265

Bakıda "moykada" maşından 10 min manat oğurlandı

Bakıda avtoyuma məntəqəsində avtomobildən xeyli pul oğurlanıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu Şərifzadə küçəsi 365 ünvanında yerləşən məntəqədə baş verib. Ukrayna vətəndaşı Pərviz Axundov “Toyota” markalı avtomobilini yumaq üçün məntəqəyə qoyub. O, daha sonra geri qayıtdıqda maşında saxladığı 10 min manat pulun götürüldüyünü görüb. 

P.Axundov hadisə barədə 102 xidmətinə məlumat verib.
Araşırma aparılır.

Taleh BAĞIROV