Bakıda "Kia"dan 1200 manat oğurlandı
    • 20-01-2022, 12:26
    • 361

Bakıda "Kia"dan 1200 manat oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yanvarın 13-də A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində “Kia” markalı avtomobildən 1200 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlimata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.