1 milyondan çox insan qaçqın düşdü – Bu ölkədə

1 milyondan çox insan qaçqın düşdü – Bu ölkədə Dünya

Livanda hərbi gərginliyin artması nəticəsində son iki həftə ərzində ölkənin cənub bölgələrindən və Beyrutun kənar ərazilərindən bir milyondan çox insan köçkün düşüb.

News24.az xəbər verir ki, bu barədə Livanın Sosial İşlər Nazirliyi məlumat yayıb.

Qaçqınların yerləşdirilməsi ilə məşğul olan qurumun açıqlamasına görə, ölkədə məcburi köçkünlərin sayı artıq 1 milyon 49 min 328 nəfərə çatıb.

Onlardan 132 min 742 nəfər qaçqınların qəbulu üçün yaradılan mərkəzlərdə qeydiyyata alınıb və 622 kollektiv sığınacaqda yerləşdirilib.

Bildirilib ki, vətəndaşların əksəriyyəti İsrailin bombardmanlarının genişlənməsi səbəbindən evlərini tərk etməyə məcbur qalıb. Son günlərdə Beyrutun cənubundakı yeddi şəhərətrafı ərazi tamamilə boşalıb.

İsrail aviasiyası həmin bölgələrdə “Hizbullah”a məxsus obyektləri hədəfə alır.