11 sentyabr terror hücumlarının 25-ci ildönümüdür

11 sentyabr terror hücumlarının 25-ci ildönümüdür Dünya

Bu gün ABŞ-də 11 sentyabr terror hücumlarının 25-ci ildönümüdür.

News24.az xəbər verir ki, 2001-ci il sentyabrın 11-də ABŞ tarixinin ən ağır terror aktlarından biri baş verib. Terrorçular tərəfindən qaçırılan sərnişin təyyarələrindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə çırpılıb. Nəticədə hər iki qüllə dağılıb.

Digər iki təyyarədən biri Vaşinqton yaxınlığındakı Pentaqona çırpılıb, digəri isə sərnişinlərin müdaxiləsindən sonra Pensilvaniya ştatında yerə düşüb.

Hücumlar nəticəsində 2977 nəfər həyatını itirib. Hadisədən sonra ABŞ terrorla mübarizə siyasətini əsaslı şəkildə dəyişib və Əfqanıstanda “Taliban”a qarşı hərbi əməliyyata başlayıb.

Bu gün, hadisələrin 25-ci ildönümündə, 11 sentyabr qurbanlarının xatirəsi ABŞ-də keçirilən müxtəlif anım mərasimləri ilə yad olunur.