12 il idən sonra İraqı tərk edirlər
Dünya
ABŞ və müttəfiqləri İraqda 12 il davam edən “Sarsılmaz qətiyyət” əməliyyatını rəsmi olaraq başa çatdırıblar.
News24.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Koalisiyanın qüvvə və hərbi texnikasının Ərbil aviabazasından çıxarılması İŞİD terror qruplaşmasına qarşı uzun illər davam edən missiyanın başa çatmasını rəsmiləşdirib.
Bundan sonra ölkənin təhlükəsizliyinə görə məsuliyyəti İraq hakimiyyəti özü daşıyacaq.
Bununla belə, Vaşinqton Bağdadla hərbi əməkdaşlığı tamamilə dayandırmaq niyyətində deyil.
ABŞ terrorizmlə mübarizə çərçivəsində İraq tərəfi ilə ikitərəfli formatda əməkdaşlığı davam etdirəcək.