1400 illik bir məzar aşkar edildi: Üzərindəki simvollar diqqət çəkdi

1400 illik bir məzar aşkar edildi: Üzərindəki simvollar diqqət çəkdi Dünya

Meksikanın cənubundakı Oaxaka ştatında Zapotek mədəniyyətinə aid, təxminən 1400 il yaşı olan və olduqca yaxşı qorunmuş bir məzar aşkar edilib.

News24.az xəbər verir ki, arxeoloqlar tapıntını son onilliyin ən mühüm arxeoloji kəşflərindən biri kimi qiymətləndirirlər.

Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına görə, San Pablo Huitzo bölgəsində yerləşən məzarın eramızın 600-cü illərində inşa edildiyi ehtimal olunur. Məzarın giriş hissəsində yerləşən bayquş heykəli tapıntının ən diqqətçəkən elementlərindən biridir.

Heykəlin dimdiyinin içərisində kişi başının təsvir edildiyi bildirilir. Mütəxəssislər bu fiqurun məzarda dəfn edilmiş şəxsi simvolizə edə biləcəyini irəli sürürlər.