"15 azdır, daha çox istəyirik" – Zelenskidən ABŞ-dən nə tələb etdi?

"15 azdır, daha çox istəyirik" – Zelenskidən ABŞ-dən nə tələb etdi? Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ tərəfindən Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti ilə bağlı təklif təqdim olunub.

News24.az xəbər verir ki, bu barədə o, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, Kiyev daha uzunmüddətli təminat istəyir.

“Hazırda investorlar və biznes nümayəndələri ilə görüş oldu. Onlara beş və ya on illik deyil, daha uzunmüddətli zəmanətlər lazımdır. Amerika tərəfinin 15 illik təklifi var. Biz isə 20 ildən çox – 30-50 illik təminat istəyirik. Administrasiya və Konqres bununla bağlı hansı qərarı verəcək – bunu zaman göstərəcək”, – Zelenski qeyd edib.