15 mindən çox ev su altında

15 mindən çox ev su altında Dünya

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmilərinin verdiyi məlumata görə, ölkənin 33 rayonunda 193 yaşayış məntəqəsi çay daşqınlarından zərər çəkib.

News24.az xəbər verir ki, su basan evlərin sayı 15 min 641-ə yüksələrkən, bağçaların sayı 4 min 13-ə çatıb.

Rusiyanın Kurqan Bələdiyyəsi tərəfindən verilən açıqlamada suyun şəhərə doğru irəlilədiyi bildirilib.

Tümen vilayətinin 8 yaşayış məntəqəsində təxliyələrə başlanılıb.

Tümen vilayətinin qubernatoru Aleksandr Mur deyib ki, İşim çayında suyun səviyyəsi 10 metrə çata bilər.

Günel Məlikzadə