15 yaşlı azərbaycanlının meyiti 6 gün sonra, 30 metr dərinlikdə TAPILDI
Dünya
Tbilisi dənizində 6 gün əvvəl itkin düşən 15 yaşlı Umud Sofiyevin meyiti tapılıb.
News24.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Xidməti təsdiqləyib.
Məlumata görə, itkin yeniyetmənin meyiti dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.
Axtarış-xilasetmə işləri fasiləsiz şəkildə aparılıb və proses zamanı su üzərində xilasetmə üçün nəzərdə tutulan xüsusi texnika və avadanlıqlardan istifadə olunub.
Qeyd edək ki, 15 yaşlı Umud Sofiyev Tbilisi dənizində 6 gün əvvəl itkin düşmüşdü./Lent.az/