150 min israilli xaricdə - qapalı qaldı
Dünya
Kanal 12 televiziyasının internet saytında yer alan açıqlamada, bir çox hava yolu şirkəti Təl-Əvivə uçuşları ləğv etdiyi üçün təxminən 150 min israillinin ölkəyə dönə bilməyəcəyi iddia edilib.
News24.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın dünənki xəbərində təxminən 4 min israillinin xaricdə qapalı qaldığı və İsrailə qayıtmaq üçün Tel-Əviv Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığı bildirilib.
Yaxın Şərqdəki gərginliyə görə 15 beynəlxalq hava yolu şirkəti Təl-Əvivə uçuşları müvəqqəti və ya qeyri-müəyyən müddətə dayandırıb.
Günel Məlikzadə