Paşinyan geri addım atdı
Dünya
"Mən heç vaxt 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsini qaldırmamışam. Ümumiyyətlə, Ermənistanın heç bir nümayəndəsi belə bir məsələni gündəmə gətirməyib”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, 2018-ci ildən etibarən Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı görüşləri və təmasları olub, lakin bu görüşlərin heç birində hərbi bazanın Ermənistandan çıxarılması məsələsi müzakirə edilməyib.