19 uşaqlı britaniyalı milyonçunun sərvəti təmizlikçisinə qaldı
Dünya
Britaniyalı əmlak maqnatı və “avtomobil marketinqi kralı” 19 uşaq atası Riçard Skottun ölümü ilə bağlı miras davası London Ali Məhkəməsində yekunlaşıb.
News24.az xəbər verir ki, məhkəmə 43 milyon funt-sterlinq dəyərindəki sərvətin Skottun uşaqlarına deyil, keçmiş təmizlikçi həyat yoldaşı Cenniferə verilməsi qərarını qüvvədə saxlayıb.
Skott 2018-ci ildə 81 yaşında vəfat etməzdən iki il əvvəl, 2016-cı ildə özündən 28 yaş kiçik olan Cenniferlə evlənib. Bu evlilik ailə daxilində gərginlik yaradıb və Skott böyük oğlu Adəmi mirasdan məhrum edərək bütün sərvətini həyat yoldaşına buraxıb.
Oğlu atasının psixoloji cəhətdən qeyri-sabit olduğunu iddia edərək vəsiyyətnamənin ləğvini tələb etsə də, London Ali Məhkəməsi iddianı rədd edib. Hakimin sözlərinə görə, Skottun oğlunu mirasdan kənarlaşdırmasının əsas səbəbi keçmiş oğluna qarşı yaranmış qəzəb və məyusluq olub.
Hazırda 60 yaşlı Cennifer mərhum ərinin fermasına və çoxmilyonluq əmlak imperiyasına tam nəzarət edir.
Aqil Qarayev