"2 illik qida ehtiyatı toplayın" - Tacikistan prezidenti xalqa müraciət etdi

"2 illik qida ehtiyatı toplayın" - Tacikistan prezidenti xalqa müraciət etdi Dünya
"Bu il bəşəriyyət üçün bütün parametrlər üzrə, ilk növbədə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən ağırvə çətin il olacaq".

News24.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, bu sözləri Tacikistan prezidenti Emoməli Rəhmon müqəddəs Ramazan ayının başlanması münasibətilə həmvətənlərinə müraciətində deyib.

Onun sözlərinə görə, belə şəraitdə birlikdə olmaq, çətin anlarda bir-birinə dəstək çıxmaq, panikaya düşməmək, qənaətcil və ayıq olmaq lazımdır: "Əkin kampaniyasını vaxtında başa çatdırmaq, bol məhsulun əsasını qoymaq üçün hər bir əlverişli yaz günündən istifadə etməliyik. Unutmayın ki, hər bir ailə 2 illik ərzaq ehtiyatı toplamalıdır".

Rəhmon həmçinin qeyd edib ki, vətəndaşlar pandemiya zamanı ərzaq ehtiyatlarının effektivliyinə artıq əmin olublar.

Onun sözlərinə görə, ölkə sakinlərinin heç bir çətinliklə üzləşməməsi, ərzaq qıtlığından, ərzaq məhsullarının bahalaşmasından əziyyət çəkməməsi üçün tədbirlər görmək lazımdır.