20 ildir qoxu hiss etməyən qadın...

20 ildir qoxu hiss etməyən qadın... Dünya

Həkimlər Rusiyanın Omsk vilayətində 20 ildir burun keçidlərini bağlayan iri böyümələr səbəbindən qoxu hiss etməyən qadına tam nəfəs almağa kömək ediblər. 

News24.az xəbər verir ki, bir neçə il əvvəl xəstənin vəziyyəti koronavirusa görə ağırlaşıb.

Qadın uzun illər həkimlərə müraciət etsə də, ona yalnız damcı və sprey yazıblar, bu da kömək etməyib.

Omskdakı xəstəxanaların birində cərrah risk etmək qərarına gəlib və xəstəyə əməliyyat təklif edib.

Verilən məlumata görə, əməliyyat uğurlu keçib.

Məryəm İlhamqızı