20 maddəlik plan masada: Berlin danışıqları ilə bağlı diqqətçəkən açıqlama
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ və Ukrayna nümayəndə heyətlərinin Berlində keçirilən danışıqlarda “çoxlu irəliləyiş” əldə etdiklərini bildirib.
News24.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər sülh üçün 20 maddəlik plan, iqtisadi gündəmlər və digər əsas məsələlər ətrafında geniş müzakirələr aparıblar: "Danışıqlar müsbət atmosferdə keçib və tərəflər görüşləri davam etdirmək üçün növbəti gün yenidən bir araya gələcəklər".