2030 üçün qorxunc proqnoz: Ekstremal istilər və daşqın riski

2030 üçün qorxunc proqnoz: Ekstremal istilər və daşqın riski Dünya

2030-cu ilə qədər Cənubi Asiya əhalisinin 90%-i həddindən artıq istilər, 462 milyon insan isə güclü daşqın riski ilə üzləşəcək.

News24.az xəbər verir ki, bu barədə Dünya Bankının yeni hesabatında bildirilib.

Hindistan, Pakistan və Banqladeşdə növbəti onillikdə daha tez-tez və şiddətli hava hadisələrinin baş verəcəyi proqnozlaşdırılır. Hesabatda erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və həssas əhali üçün sosial dəstəyin artırılması tövsiyə olunur.