22 yaşlı müğənni güllələnərək öldürüldü - Foto
Dünya
22 yaşlı amerikalı müğənni Delarosa dayanacaqda güllələnib.
News24.az xəbər verir ki, bu barədə “Thevoicemag.ru” nəşri məlumat yayıb.
Hadisə gecə yarısından sonra Los-Ancelesin San-Fernando vadisində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Mariya De La Roza iki tanışı ilə birlikdə park edilmiş avtomobildə olub. Qaranlıqdan istifadə edən şəxslər onlara yaxınlaşıb və qısa məsafədən maşına avtomatdan atəş açıblar.
Hadisə ilə bağlı tibb işçiləri və polisə məlumat verilib. Polisin sözlərinə görə, müğənni bandalar arasındakı qarşıdurmanın təsadüfi qurbanına çevrilib.
De La Roza latın amerikalı musiqi səhnəsinin tanınmış siması olub.