Putin doğum gününü burada qeyd edəcək
    • 4-10-2019, 22:15
    • 1 018

Putin doğum gününü burada qeyd edəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin doğum gününü necə keçirəcəyi haqda danışıb.
News24.az xəbər verir ki, bu barədə “TASS” yazıb.
“O, onu (doğum gününü-red.) təbiətdə keçirəcək. Doğmaları və yaxınları ilə”, - Peskov deyib.
Qeyd edək ki, V. Putinin oktyabrın 7-də 67 yaşı tamam olacaq.