Xanım jurnalistə vəzifə verildi - FOTO
    • 26-04-2024, 10:46
    • 960

Xanım jurnalistə vəzifə verildi - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.

News24.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.

Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb.