29 ABŞ senatorundan Baydenə çağırış: F-16 satışını Türkiyə bunu edənə qədər təxirə salın...

29 ABŞ senatorundan Baydenə çağırış: F-16 satışını Türkiyə bunu edənə qədər təxirə salın... Dünya
ABŞ-də 29 senator prezident Co Baydenə məktub yazıb.

News24.az xəbər verir ki,  məktubda İsveç və Finlandiyanın NATO-ya qəbulu təsdiqlənənə qədər Türkiyəyə 20 milyard dollarlıq F-16 satışını təxirə salmağa çağırış qeyd olunub.

Qeyd edək ki, NATO-nun 30 üzvündən yalnız Türkiyə və Macarıstan sözügedən iki ölkənin üzvlüyünü hələ ratifikasiya etməyib.