3 yaşında kral oldu, 34 yaşında öldü

3 yaşında kral oldu, 34 yaşında öldü Dünya

Uqandanın qərbində yerləşən Toro krallığının hökmdarı Oyo Nyimba Kabamba İqrukidi IV 34 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Toro krallığının baş naziri Kelvin Armstronq məlumat verib.

Məlumata görə, Nyimba Kabamba İqrukidi IV cümə axşamı yerli vaxtla təxminən saat 22:00-da dünyasını dəyişib.

Onun ölümünün rəsmi səbəbi hələ açıqlanmayıb. Bildirilib ki, kral ağır xəstə olub və ABŞ-da müalicə alıb.

Qeyd edək ki, Oyo IV 1995-ci ilin sentyabrında, cəmi 3 yaşında olarkən Toro kralı olub.

Onun atası, kral Rukirabasaya Patrik Devid Metyu Kaboyo Olimi III 49 yaşında vəfat edib.

Üç yaşlı varis taxta çıxıb və ilk illərdə onun vəzifələrini regentlər icra ediblər. Oyo IV “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən gənc hakimiyyətdə olan monarxı kimi düşüb.

O, 200 ildən çox tarixə malik Toro krallığının 13-cü hökmdarı olub.

Kral evli olmayıb. Lakin Uqanda hökumətinin naziri Balaam Baruqaharanın sözlərinə görə, onun ölümündən sonra taxtın varisliyi təmin olunub.

Bildirilib ki, Oyo IV-ün varisi var.

3 yaşında kral oldu, 34 yaşında öldü