3 yaşlı qızını 60 yaşlı kişiyə satmaq istədi - Pakistanda
Dünya
Pakistanlı ata üç yaşlı qızını yaşlı kişiyə satmağa cəhd edib.
News24.az xəbər verir ki, bu barədə "GB News" məlumat yayıb.
Bu razılaşmadan əvvəl ailə 14 yaşlı qızını yeniyetmədən 26 yaş böyük kişiyə ərə verib.
Bir müddət sonra ər yeniyetmə qızı tez-tez küçəyə baxdığı üçün dəmir çubuqlarla döyərək öldürüb.
Daha sonra yeniyetmənin qayınatası - 60 yaşlı Salah Uddin qızların atasına təzyiq göstərərək "valvar" adətinə uyğun ikinci sövdələşməyə razılaşmasını tələb edib. Yəni ailədəki digər balaca qızı götürüb əvəzində pul ödəməyə razılıq verməsini istəyib.
Bu, qızın dərhal həmin şəxsin evinə köçməsi demək deyil, lakin həmin andan etibarən qız yetkinlik yaşına çatanda başqa bəyi seçməyəcəyinə dair razılaşmadır.
Ailələr razılığa gəlib və üç yaşlı qız adətə əsasən ərə verilmiş sayılıb. Lakin 60 yaşlı qoca qızların atasına pulu ödəməyib. Bu səbəbdən narazı ailə polisə müraciət edib. Məlumata görə, hazırda Uddin axtarışdadır və polis əməkdaşları baş verənlərin təfərrüatlarını araşdırırlar.