3 yaşlı şahmatçı dünya rekordu qırdı
Dünya
Hindistandan olan Sarvaqya Sinq Kuşvaha 3 yaşında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi reytinqini alaraq dünya rekordunu qırıb.
News24.az xəbər verir ki, o, tarixdə FIDE reytinqi əldə edən ən gənc şahmatçı kimi qeydə alınıb.
Sarvaqya bu nailiyyətlə əvvəlki rekordçu – hindistanlı Aniş Sarkarı geridə qoyub. Bildirilir ki, o, yerli turnirlərdə üç reytinqli şahmatçını məğlub edib və sürətli şahmat üzrə reytinqi 1572-yə çatıb.
Atası Siddharth Singh bu nailiyyəti böyük qürur adlandıraraq bildirib: “Arzumuz onun gələcəkdə qrossmeyster olmasıdır”.