Ukrayna təyyarəsi İran raketi ilə vurulub? ABŞ TEHRANDA ARAŞDIRMAYA BAŞLAYIR
    • 10-01-2020, 09:46
    • 910

Ukrayna təyyarəsi İran raketi ilə vurulub? ABŞ TEHRANDA ARAŞDIRMAYA BAŞLAYIR

ABŞ İranda qəzaya uğrayan Ukraynaya məxsus təyyarə ilə bağlı araşdırmalara başlayacağını bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo açıqlama verib. M.Pompeo hazırda çoxları təyyarənin İranın buraxdığı raket tərəfindən vurulmasından şübhələnir. O qeyd edib ki, əgər şübhələr təsdiqlənərsə, o zaman bu böyük faciədir. 

Dövlət Departamentinin rəhbəri, həmçinin təyyarənin göyərtəsində Avropa ölkələrinin, Kanada və İran vətəndaşlarının olduğunu vurğulayıb:"Həqiqətən nə baş verdiyini öyrənəcəyik".

O, həmçinin ABŞ-ın İrandakı təyyarə qəzasına səbəb ola biləcək hərəkətlərə yol verdiyi iddiasını "absurd, qəribə və açıq şəkildə siyasiləşdirilmiş" fikir kimi qiymətləndirib.

M.Pompeo əminliklə İranın İraqdakı hədəflərə hücumunun məqsədi ABŞ ordusunu öldürmək olduğunu qeyd edib.

ABŞ-ın təyyarənin İran raketi tərəfindən vurulması fikirlərinə İran hökumətinin rəsmisi Əli Rəbi cavab verib. O, ABŞ və digər ölkələrin İran raketlərinin Ukraynanın "Boeing 737" təyyarəsinin qəzaya uğramasına səbəb ola biləcəyi barədə ittihamlarını rədd edib:"Çox təəssüf ki, ABŞ hökuməti və onu bilərəkdən və ya bilimədən dəstəkləyənlər psixoloji manipulyasiya edərək ailələrini itirənlərə daha da kədər verirlər".

O qeyd edib ki, baş verənlər barədə öz versiyasını irəli sürməkdə Vaşinqtonun öz məqsədləri var.

Qeyd edək ki, bundan əvvəl İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə də qəzaya uğrayan təyyarəyə raket zərbəsi endirmək ehtimalını təkzib etmişdi.

Xatırladaq ki, Tehrandan Kiyevə uçuş edən "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər İran paytaxtının hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarədə 167 sərnişin və 9 heyət üzvü olub və onların hamısı ölüb.