-
- 9-01-2020, 15:40
- 1 235
Ukrayna təyyarəsi Tehranda RUSİYA RAKETİ İLƏ VURULUB? - FOTO
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) yanvarın 8-də Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayan Ukraynaya məxsus təyyarənin Rusiya istehsalı olan "Tor"raketi ilə vurulma ehtimalını araşdırır.
News24.az "TASS"a istinadən xəbər verir ki, bu barədə nazirliyin katibi Aleksey Danilov bildirib: ""Bu gecə, Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarına əsasən, Ukraynanın Beynəlxalq Hava Yollarının "Boeing" qəzasını araşdırmaq üzrə Dövlət Komissiyası Tehrana yollanıb. Qrup 45 nəfərdən ibarətdir, bunlar 12 nazirlik və idarənin nümayəndələridir. İranın səlahiyyətli orqanlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilir. Təyyarənin qəfil qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar öyrənilir".
Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin sözlərinə görə, əsas səbəblər arasında təyyarənin hava hücumundan müdafiə raket sistemi, o cümlədən
"Tor" hava hücumundan müdafiə sistemi ilə vurulmasıdır. Çünki qəza yerinin yaxınlığında raket parçalarının aşkarlanması barədə məlumatlar artıq internetdə yayılıb.
Qəza haqda araşdırılan digər səbəblər isə Hücum, təyyarənin pilotsuz uçuş aparatı ilə toqquşması, texniki səbəblərə görə mühərrikin yanması və partlamasıdır.